“Scream 7” filmi dünya premyerasından əvvəl ilk dəfə Azərbaycanda xüsusi təqdimatla izlənildi.
Bu unudulmaz gecə Portal Games və CineMastercard-ın təşkilatçılığı ilə gerçəkləşdi. Portal Games-in yaratdığı xüsusi atmosfer gecəni sadəcə təqdimat yox, əsl kino təcrübəsinə çevirdi.
Bəzən qorxu sadəcə izlənilmir — yaşanır.
Tədbir çərçivəsində qonaqlar filmi dünya premyerasından öncə izləmək imkanı əldə etdilər və gecə boyunca xüsusi hazırlanmış immersiv mühitin bir parçası oldular.
✨ “13 Cümə” kampaniyasının qalibləri isə bu möhtəşəm təqdimatı ilk izləyənlər arasında yer aldı. Onlar həm filmin həyəcanını, həm də gecənin yaratdığı fərqli atmosferi ilk yaşayanlardan oldular.