Oyunun məzmunu
Siz astral səyahətinə daxil olursunuz, məqsədiniz oradan sağ çıxmaqdır.
Qaranlıq sizi izləyir, onun sizə qalib gəlməsinə icazə verməyin.
Oyun zamanı məkanın 99%-i qaranlıq olacaq.
İçəridə siz canlı və cansız hər şeylə qarşılaşa bilərsiniz.
Hər addımınız təhlükə ilə doludur — diqqətli olun.
Aktyorlara toxunmaq və onları təhqir etmək qadağandır.
Operatorun hər dediyinə qulaq asmalısınız — o, sizi bu səyahətdən çıxara biləcək yeganə səsdir.
Çıxmaq istəyən şəxs “stop” sözünü deməlidir.
Oyun dayandırıldıqdan sonra ödəniş geri qaytarılmır — fərq etmir 1 dəqiqə, ya yarım saat oynadınız,
ödəniş geri verilmir və oyuna geri qayıtmaq mümkün deyil.
İçəridə sıx və dar yerlərlə rastlaşa bilərsiniz.
Bəzən tək qalacaqsınız və nəfəs almaq belə çətinləşəcək.
Diqqətli olun — bu dünyada məntiq işləmir.
Burada qorxu qayda-qanundur.
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Standart
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.
Ayten Rehmanova
1 ay əvvəl
Oyun çox əla idi. Bu günə qədər portalın ən qorxulu oyunu idi içərdə 4 5 dənə aktyor var idi bir sözlə mükəmməl idi gəlməyə dəyər😍😍
Vaqif
1 ay əvvəl
Oyun çox əla. Qarşılama çox əla. Çox oyunlarda olmuşdum amma ilk dəfədi belə emosiya yaşayıram. Həm beynimizi yormadıq həmdə çoxlu otaq keçdiy. Birinci dəfədir belə böyük kvest görürəm. 15 dən çox otaq keçdiy oyun bitmək bilmirdi. Çox bəyəndikkkk❤️❤️❤️
Rəvan
1 ay əvvəl
Çox əla oyun idi.Mənim üçün portalın ən qorxulu oyunu idi,aktyorlar çox profesional idi,həqiqətən bizə əsl adrenalin hissi yaşatdılar.İçəri girəndə belə atmosferdən qorxacaqsınız.