Oyunun məzmunu
Bir neçə il əvvəl kiçik bir şəhərdə dəhşətli bir əfsanə gəzirdi. Deyirdilər ki, qəribə bir videokaset var: kim onu izləsə, yeddi gün sonra ölür.Əvvəlcə bu, uydurma kimi görünürdü – yeniyetmələri qorxutmaq üçün bir nağıl. Amma sonra müəmmalı ölümlər baş verməyə başladı. Məlum oldu ki, onların hamısı ölümdən az əvvəl eyni videoyazını izləmişdilər. Sonradan aşkarlandı ki, yazı Samara adlı bir qızla bağlıdır. Onu həyatda olarkən hətta öz ailəsi də qorxurdu. Valideynləri dözə bilmədi — və onu quyuda həbs etdilər. Samara orada öldü, amma onun qəzəbi və ağrısı lentə hopdu və o, lənətə çevrildi. İndi isə bu hekayə yenidən canlanır. Kaset tapıldı... və açıldı.
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Light
Hər kəs
Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.
Standart
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.
Yusif
2 həftə əvvəl
Актриса отлична сыграла свою роль
Ayla İsmayılova
1 ay əvvəl
Ela
Aliyeva
1 ay əvvəl
Bugün Zəng oyununda olduq. İstər aktrisa, istər kvest və reception olsun, çox razı qaldıq. Oyunun məntiqi orta çətin idi. Kvest ümumilikdə maraqlı hazırlanmışdı. Çox razı qaldıq
Ali
1 ay əvvəl
локация в хорошем месте,были на игре звонок,супер,актрисса тоже очень хорошо отыграла👍🏻👌🏻
Cahan
1 ay əvvəl
Aktrisa super puper krasotka operator toje ocen pomog vsem sovetuyuu
Qiyas
1 ay əvvəl
Super Aktyor oyunu möhtəşəm
Mircavad
1 ay əvvəl
Super , marağlı idi
seid
1 ay əvvəl
Çox gözəl idi əsasəndə personaj yəni samara rolunu oynuyan qızı çox bəyəndim çox zarafatcıl idi 😂
Ayxan
1 ay əvvəl
Aktrisa və aktyor mükəmməl, kvest də çox maraqlı idi. Operatorlar da mehriban idilər
Tofig Rahmanov
2 ay əvvəl
Super!
BQ team
2 ay əvvəl
5 nəfər gəlmişdik çoxxxxx maraqlı idi, dekorasiyalar və aktrisa çox qorxulu idi, halal olsun aktrisaya Hamıya tövsiyə edirəm
Mehrac
2 ay əvvəl
Актриса очень страшная было очень интересно много локаций всем советую
Bouklab Abdelbari
2 ay əvvəl
I really liked the Puzzles on this game it's challenging and fun , the actress was top notch professional and convincing which enhances the emersion with the atmosphere
Кянан
2 ay əvvəl
Очень интересный квест, актриса отыграла свою роль на 100% советую
Aysel
2 ay əvvəl
Zeng oyunu gözlədiyimdən də təsirli oldu. Qorxu təkcə qaranlıqdan yox, atmosferdən gəlirdi. Hər detal insanı gərgin saxlayır, sanki filmin içindəsən. Qorxu ani səhnələrlə yox, yavaş-yavaş insanın içinə işləyir. Atmosfer çox yaxşı qurulub, işıq, səs və detalları bir-birini tamamlayır. Aktrisanin oyunu çox inandırıcı idi, bir an belə rahatlanmağa imkan vermirdi. Qorxu sevənlər üçün mütləq sınanmalı bir təcrübədir😍🙏🏻
Ugur Hasanzade
2 ay əvvəl
Это мой 1 из самых любимых квестов, актриса играла на высшем уровне, локации были очень прикольные и сам сюжет был очень интересным. Однозначно всем рекомендую.