Oyunun məzmunu
Qaya sahilində, külək və duman arasında tərk edilmiş bir mayak dayanır.
Onun işığı illər əvvəl, o gecə sönmüş və bütün ekipaj yoxa çıxmışdı. O gündən bəri heç kəs içəridə nə baş verdiyini bilmir. Deyirlər ki, içəridə canlı və cansız məxluqlar ola bilər. Mayakın işığını yandırmaq və o məxluqlardan qaçmaq üçün sizin yalnız 1 saatınız var.
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Light
Hər kəs
Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.
Standart
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.
Aynur
1 həftə əvvəl
Oyun cox maraqlı idi amma əsasən bizi qarşılayan xanımlara daha çox minnətdaram onların xoş auralarına heyran oldum.
Fidan
2 həftə əvvəl
Очень понравилась игра актёров и сюжет. загадки интересные, особенно если играете с актерами
Sultana
3 həftə əvvəl
Allaha androlsn And olaun Rəbbimə Varyoxna Lahnet çox marağlı idi
ALI
1 ay əvvəl
Шикарная игра, всё понравилось!! Ошибки конечно же как и во всех квестах имеются
Emil
1 ay əvvəl
Çox yaxşı oyun aparırdı aktyorlar herşey əla idi
Criştiano
1 ay əvvəl
Bugüne qeder gördüyüm ən gözel yol ve aktyorlar əhsən olsun size heqiqeten çox super 5 ulduza layiqli bir yol idi men ve uwaqlar adindan size minnetdarligimizi bildiririk bu gözel an üçün teşekkür edirik...
Ayxan
1 ay əvvəl
möhtəşəm konsept və möhtəşəm aktyorlar idi, çox bəyəndik
Ülkər
1 ay əvvəl
Oyun cox maraqli idi hele aktyorun agzindan qan gelende vapse elaaaa cox maraqli idii
Yaşar
1 ay əvvəl
Aktyorlar əla idi. Əsas da balaşka
айлин
2 ay əvvəl
нам очень понравилось актер супер задания тоже очень интересные атмосфера очин клас