🎂
Portal Games
Artıq 11 yaşında!
Escape Room Game

Jackpot

Filial: 28 Mall Filialı

min 3 - max 8 60 dəqiqə 17.00 ₼ - 17.00 ₼ Orta Qorxulu, Qaçış Otağı Escape Room Game 14+ Escape Room Game Yoxdur AZ, EN, RU

Oyunun məzmunu

Siz quldursunuz və Cekpot'u əldə etmək üçün bankı soymağı qərara almısınız.
Amma bankı soymaq istəyən tək siz deyilsiniz, bu yolda sizə qarşı mübarizə aparan manyak da var.
O, motelə daxil olan bank işçilərini öldürüb, lakin bankın açarlarını tapa bilməyib.
Siz bu açarı moteldə tapmalısınız və sonra banka daxil olaraq, mümkün qədər sakit olmalısınız, çünki bankda səs detektorları quraşdırılmışdır.
Bəzən banka mühafizəçi gəlir və bankda tanımadığı adamların olub-olmadığını yoxlayır. Mühafizəçi tərəfindən tutulmanız işinizi daha da çətinləşdirə bilər. Kassaya daxil olmalı, bütün pulları götürməli və havalandırma sistemi vasitəsilə qaçmalısınız. Bu qucaqdolu pulları əldə etməyə hazırsınız?

Xüsusiyyətlər və Qaydalar

  • Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
  • İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
  • Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
  • Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
  • Oyunda daha rahat olmaq üçün yüngül köynək və daban­sız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
  • Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.

Oyunda seçə biləcəyiniz rejimlər

Light

Escape Room Game Hər kəs

Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.

Standart

Escape Room Game 14+

Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.

Hard

Escape Room Game 18+

Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.

Ultra Hard

Escape Room Game 18+

Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.

Yaş məhdudiyyətləri:

  • Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
  • Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
  • Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.

İlkin ödəniş:

Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.

Online rezervasiya

10 aprel cümə
11 aprel şənbə
12 aprel bazar
13 aprel bazar ertəsi
14 aprel çərşənbə axşamı
15 aprel çərşənbə
16 aprel cümə axşamı

İstifadəçi rəyləri

9 Rəy

R

Ramiz

1 gün əvvəl

Ela idi aktyor cox yaxsı idi bura gelmeye deyer

U

User

2 gün əvvəl

oyundaki tapsiriglar cox maragli idi beyendik, aktyor oyunu ela aparirdi

M

Meryem

1 həftə əvvəl

Eennn maraqli oyunlardan biriydi.Ilk etap cox qorxulu ikinci etap da cox cetin ve kecmek cox eylenceliydi.Aktyorun rol aparmagi coxxx zoruyduuu.Yene gelecikk

M

Mikayil

1 həftə əvvəl

Escape Room Game

indiyə qədər yaşadığım ən maraqlı və yadda qalan escape room təcrübələrindən biridir. İçəri daxil olduğun andan etibarən özünü tamam fərqli bir dünyada hiss edirsən – burada həm məntiqin, həm yaradıcılığın, həm də komanda işi ciddi şəkildə sınanır. Bu məkanı fərqləndirən əsas xüsusiyyət onun inanılmaz immersiyasıdır. Otaqlar sadəcə tapmacalardan ibarət deyil, eyni zamanda bir hekayə danışır. Hər bir ipucu, səs effekti və gizli mexanizm səni oyunun bir parçasına çevirir. Vaxtın necə keçdiyini hiss etmirsən, çünki daim növbəti tapmacanı həll etməyə fokuslanırsan. Tapmacalar isə çox peşəkar şəkildə hazırlanıb. Nə çox asandır, nə də həddindən artıq çətin – tam balanslıdır. İstər yeni başlayan ol, istərsə də təcrübəli oyunçu, burada səni təəccübləndirəcək çox şey var. Şübhəsiz ki, bu, oynadığım ən maraqlı escape game idi. Detallara verilən diqqət, tapmacaların orijinallığı və ümumi atmosfer bu məkanı digərlərindən tam fərqləndirir. Əgər həyəcanlı, ağıllı və yadda qalan bir təcrübə axtarırsansa, Portal Games mütləq getməli olduğun yerlərdən biridir.

гян7

1 həftə əvvəl

было безумно страшно, актер сыграл отлично свою роль. прям влился в роль очень сильно. нам очень понравилось, даже если мы не смогли дойти до части где был банк. напугали до смерти. благодарны за подсказки и помощь <333

V

Vagif

3 həftə əvvəl

Çox möhtəşəm idi ən əasada manyak en qorxduğum an fivanın altından qorxudması oldu 😂

N

Nigar

1 ay əvvəl

Oyun çox maraqlıydı, gorxuluydu ancaq biz kecemmedix😂

Escape Room Game

Taleh

1 ay əvvəl

Bank hissəsi lap marağlıydı

A

Amina

1 ay əvvəl

Atmosfer çox maraqlı idi.Aktyorsuz seçsek de bize çox maraqlı oldu.Eylenmek üçün ela mekandır.

Ünvan

Daxil ol

Hesabın yoxdur?

Qeydiyyatdan keç

Zəhmət olmasa, yalnız rəqəmləri daxil edin. Məsələn: 558745696 — bu sadəcə nümunədir, öz nömrənizi yazın.

Artıq hesabınız var?