1. Oyunlarımızda 8 yaşdan yuxarı insanlar iştirak edə bilər. 8-10 yaş uşaqlar valideyn müşayiəti ilə iştirak edə bilər. 10-14 yaş standartda oyunda iştirak üçün valideyn razılığı olmalıdır. Razılıq əyani və ya telefonla əldə edilir.
2. Oyundan əvvəl mütləq şəkildə sizə oyunun oynama qaydaları və təhlükəsizlik qaydaları izah olunur. Qaydaları kobud və təkrarlı şəkildə pozduğunuz halda fərdi və ya komanda şəklində oyundan xaric olunacaqsınız və ödəniş geri qaytarılmayacaq. Oyun zalına daxil olduqda oyun başlanmış hesab olunur və bundan sonra oyun tərk edildikdə ödəniş geri qaytarılmır. Oynama və təhlükəsizlik qaydalarına əməl etməyənlər Portal Games tərəfindən arzu olunmayan müştərilər siyahısına əlavə edilir və gələcəkdə iştiraklarına icazə verilmir.
3. Oyunda fobiyası, psixi pozğunluğu, ürək xəstəliyi, nəfəs borularının patologiyası, astma, epilepsiya, hamilə xanımlar və ya digər xəstəlikləri, fiziki qüsurları olan şəxslərin iştirak etməsi qəti qadağandır. Xəstəlik və ya qüsur gizlədildikdə Portal Games məsuliyyət daşımır.
4. Müştəri tərəfindən Portal Games inventarına qəsdən ziyan vurulduqda ödəniş və ya əvvəlki vəziyyətinə gətirilmə tələb edilə bilər.
5. Oyunun qaydalarını qəbul etdikdən sonra siz hər bir hərəkətinizə və nəticələrinə görə tam məsuliyyət daşıyırsınız.
6. Oyun zamanı rekvizitləri qırmaq, sökmək və oyun zalına ziyan vurmaq qadağandır. Oyun zalından hər hansı əşyanı çıxarmaq olmaz. Rekvizitlərə bilərəkdən zərər yetirilərsə Portal Games dəymiş zərəri tələb etmək hüququna malikdir.
7. Aktyorlara qarşı kobud davranmaq, qeyri-etik sözlər işlətmək, təhqir etmək və toxunmaq qadağandır. Bu kimi hallar baş verdikdə Portal Games sizi oyundan xaric etmək hüququna malikdir.
8. Oyun prosesində oyunun süjet xəttindən kənara çıxmaq qadağandır.
9. Komanda üzvləri bir-birinə qarşı nəzakətli davranmalı, fiziki xəsarət yetirməməli və oyun zamanı bir-birlərinə nəzarət etməlidirlər. Komanda daxilində yaranmış problemlərə görə Portal Games məsuliyyət daşımır.
10. Oyunlarda müxtəlif qorxu elementləri, psixoloji və fiziki təsirlər, qorxulu səslər, qapalı və qaranlıq məkanlar mövcuddur. Hard və Ultra hard rejimlərdə işıqlar sönə bilər, qəfil səs effektləri verilə bilər və aktyorların sərt toxunuşları ola bilər.
11. Oyunda spirtli içki və narkotik maddələrin təsiri altında iştirak etmək qəti qadağandır.
12. Oyuna daxil olmadan əvvəl şəxsi əşyalar (mobil telefon, qol saatı, zinyət əşyaları, kəsici və deşici alətlər və s.) xüsusi saxlama kameralarına təhvil verilməlidir. Təhlükəsiz saxlanılmadıqda Portal Games personal əşyalara görə məsuliyyət daşımır.
13. İşıq sönərsə, hər kəs olduğu yerdə qalmalıdır. Tərpənmək qadağandır, əks halda xəsarət ala bilərsiniz. Oyunda diqqətli olmalısınız ki, zədə almayasınız.
14. Təhlükəsizlik məqsədilə oyun zamanı video və səs yazısı aparılır. Qanunvericilikdə icazə verilən hallar istisna olmaqla bu yazıların paylaşılması qadağandır.
15. Oyunlar qaranlıq, dar, nəm, qoxulu, xüsusi səs və işıq effektləri olan məkanlarda keçirilir. Qorxu və həyəcan nəticəsində ehtiyatsızlıqdan xəsarət alma ehtimalı mövcuddur.
16. Portal Games bir oyundur və içəridə baş verənlər səhnələşdirilmişdir. Qaydaları qəbul etməklə bütün riskləri başa düşdüyünüzü və məsuliyyəti öz üzərinizə götürdüyünüzü təsdiqləyirsiniz.
17. Müəssisə ərazisi tərk edildikdən sonra irəli sürülən gizli zədə, gecikmiş göyərmə və ya evdə hiss edilən ağrı iddiaları zamanı müəssisə bu hallara görə heç bir məsuliyyət daşımır.
18. Müştəri oyuna daxil olmaqla video qeydlərin obyektivliyini öncədən qəbul edir və mübahisəli məqamlarda operator tərəfindən kameralar vasitəsilə aparılan fasiləsiz video qeydlər yeganə və qəti sübut hesab olunur.
19. Obyekt təhlükəsizlik standartlarına uyğun hazırlanmışdır və iştirakçı bunu qəbul edir. Aydın görünən və xəbərdarlıq edilən risklərə görə Portal Games cavabdeh deyil.
20. İştirakçı təhlükəsizlik qaydalarına əməl etməyə borcludur. Qaydaların pozulması nəticəsində baş verən hər hansı hadisə təminatından kənardır.
21. İştirakçı oyuna daxil olarkən şəxsi əşyalarının təhlükəsizliyinə görə tam məsuliyyət daşıyır. Oyun zamanı zədələnən, itən və ya funksionallığını itirən telefon, saat, zinət əşyaları və geyimlərə görə Portal Games cavabdeh deyil.
22. İştirakçı oyuna qatılarkən özünün sağlamlıq vəziyyətinin uyğun olduğunu təsdiq edir. Əvvəldən mövcud olan xəstəliklərin, xroniki oynaq qeyri-sabitliyi və ya təkrarlanan çıxıq və zədələrin kəskinləşməsinə və təkrarlanmasına görə Portal Games cavabdeh deyil.
23. Oyundan əvvəl iştirakçıya bütün qaydalar izah olunur və o bunu imza ilə təsdiq edir. Sonradan “məlumat verilməmişdi” iddiaları hüquqi qüvvəyə malik deyil.
24. Müştərinin qəsdən və ya qayda pozuntusu edərək dekorasiyaları sındırması nəticəsində aldığı xəsarətlərə görə Portal Games cavabdeh deyil.
25. Təhlükə anında aktyorun və ya administratorun həyata keçirdiyi təxliyə hərəkətləri müştərinin həyatını qorumaq məqsədi daşıyır və bu zaman yaranan kiçik sıyrıqlar "qeyri-peşəkar davranış" kimi qiymətləndirilə bilməz.
26. İştirakçı istənilən vaxt oyunu dayandırmaq hüququna malikdir. Bu hüquqdan istifadə etmədiyi halda sonradan yaranan hallar üzrə məsuliyyət məhdudlaşdırılır.
Aydan
3 həftə əvvəl
Приходили сегодня с компанией, очень впечатлены. Актер сыграл на 100/10! Квест не прошли до конца, но обязательно вернемся!
Fatime
4 həftə əvvəl
Игра была супер, актер молодец👍
Нихад
4 həftə əvvəl
супер
Narmin
1 ay əvvəl
Игра была отличной.Очень весело,актер хорошо пугает)
Firuza
1 ay əvvəl
нам очень понравилась игра,актер очень пугал и было интересно проходить игру,обязательно придем еще раз!
Ziad
1 ay əvvəl
Актер был осень клевый и игра была очень страшная и веселая одновременно
Aybaniz
1 ay əvvəl
Oyun cox maraqlidi ve eylenceli vaxt kecirmek olur. Esas da oyunu daha maraqli eden aktyorudur mence :)
İnna
1 ay əvvəl
Самая любимая игра, наилучшего эмоции, страшная атмосфера, игра которая сближает, а актёр это отдельная история, они помогают нам ощутить все эмоции жертвы, их выходы это что-то нечто ты остаешься в ступоре, спасибо за игру❤❤❤
Aysel
1 ay əvvəl
Шикарный актер,идеальная игра. Филиал очень атмосферный,интерьер очень интересный. Всем советую!!
Aghahuseyn
1 ay əvvəl
Все было классно
Rustam
1 ay əvvəl
Отличная игра, актеры тоже хорошие
Aylin
1 ay əvvəl
очень классный квест, уже 5 раз приходили. безумно нравится!! особенно актер
Ofelia
4 ay əvvəl
Bu oyun portalin en heyecanli oyunu ola biler ,akter baximindan. Hamiya tövsiye edirem bitirmeyiniz mumkun deil 😆 6 defe oynamisiq ve bugun bitirdik, yeniden qayidacayiq sadece aktera göre