Oyunun məzmunu
Sizcə uşaqlıq nağıllarındakı ifritələr nə qədər real idi? Onların çox güman həyatda yaşayan amansız cadugər qarılar olmasını yəqin siz də bilirsiniz. Lakin, nə dərəcədə amansız? İfritələrin meşəyə düşən hər kəsin ruhunu toplayıb öz qurbanı etmələri həqiqətdirmi? Şayiələrə inanmırsınızsa, cəsarətinizi ələ alıb bu tük ürpədici tərk edilmiş evə girmənizi gözləyirik. Sadəcə...doğrudanmı tərk edilib? Çünki cadugərin evində kiminsə daimi varlığı hissi sizi bir saniyə belə tərk etməyəcək.
Xüsusiyyətlər və Qaydalar
- Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
- İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
- Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
- Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
- Oyunda daha rahat olmaq üçün yüngül köynək və dabansız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
- Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.
Oyunda seçə biləcəyiniz rejimlər
Light
Hər kəs
Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.
Standart
14+
Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.
Hard
18+
Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.
Ultra Hard
18+
Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.
Yaş məhdudiyyətləri:
- Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
- Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
- Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.
İlkin ödəniş:
Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.
Gülağa
2 gün əvvəl
Gördüyüm ən gözəl oyunlardan biri idi. Drakula və İfritə 🫶🏻🫶🏻🫶🏻. Mütləq bir daha gələcik. Operator böyük qardaşımızdı. Reception çox gülərüz idi. Hər şey əla idi həqiqətən də Sahil fərqi🫠
Nargiz
1 həftə əvvəl
Butun Portallar arasinda en beyendiyimiz filial! Herkese meslehet goruruk! Kollektiv, aktyorlar, aparicilar bele chox professional gorurler işlerini. Ehsen!😍❤️
Nerminn
2 həftə əvvəl
Aktyorlari cooooxx beyenndkkk❤️❤️❤️❤️
Yusif
1 ay əvvəl
Все было хорошо , мы конечно не успели до конца пройти квест но это явнг один из самых лучших на котором я был
ziya
2 ay əvvəl
очень хорошая и красивая актриса которая знает чем занимается и сома игра прошла очень хорошо все роботки очень приятные яркие люди которое помогут если что квест прошел очень хорошо