🎂
Portal Games
Artıq 11 yaşında!
Escape Room Game

Məzarlıq

Filial: Nəsimi Filialı

min 3 - max 10 60 dəqiqə 16.00 ₼ - 16.00 ₼ Çətin Qorxulu, Qaçış Otağı Escape Room Game 14+ Escape Room Game Az AZ, EN, RU

Oyunun məzmunu

Bu köhnə məzarlıqda tək bir adam var — qəbirstanlıq baxıcısı.
Hamı elə bilir ki, o, qəbirlərə insan cəsədlərini qoyur. Hər kəs illərlə buna inanıb.

Amma heç kim həqiqəti bilmir.
O qəbirlərdə insan yoxdur. Orada nə gizlənib, heç kim görməyib.
İçəri girənlər ya geri qayıtmır, ya da susur.
Sən isə indi bu sirrin qarşısındasan.
İçəri addım atmağa hazırsanmı?..

Xüsusiyyətlər və Qaydalar

  • Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
  • İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
  • Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
  • Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
  • Oyunda daha rahat olmaq üçün yüngül köynək və daban­sız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
  • Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.

Oyunda seçə biləcəyiniz rejimlər

Light

Escape Room Game Hər kəs

Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.

Standart

Escape Room Game 14+

Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.

Hard

Escape Room Game 18+

Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.

Ultra Hard

Escape Room Game 18+

Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.

Yaş məhdudiyyətləri:

  • Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
  • Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
  • Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.

İlkin ödəniş:

Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.

Online rezervasiya

10 aprel cümə
11 aprel şənbə
12 aprel bazar
13 aprel bazar ertəsi
14 aprel çərşənbə axşamı
15 aprel çərşənbə
16 aprel cümə axşamı

İstifadəçi rəyləri

13 Rəy

Y

Yunis

1 həftə əvvəl

Əla

İbrahim

4 həftə əvvəl

Oyun çox maraqlı idi , aktyor olduqca yaxşı oynayırdı rolunu, qorxunu tam hiss etdirirdi. Hər kəsə məsləhət görürəm

S

Sadiq

1 ay əvvəl

Çox maraglı idi aktyorlarda 10/10 luq rol apardılar teşekkürler❤️

M

Munir

1 ay əvvəl

Biz portal gamesdə bir çox fərqli oyunlara getmişik ama Məzarlıq oyunu hələki ən bəyəndiyimiz oldu. Aktyorlar isə çox əla idilər. Biz 10 nəfər gəldik həqiqətəndə hər birimiz əyləndik. Hələki gəlmiyənlərə tövsiyə edərəm.

J

Jala

1 ay əvvəl

Oyun chox maraglı idi ,Aktyor oyunu chox ela aparırdı.Receptiondakı xanim da bizi chox yaxshi qarşıladı.Oyunu sona geder keçdik bir sözle her shey chox ela idi))))

S

Said Ibrahimov

1 ay əvvəl

Самый лучший квест в моей жизни квест просто огонь спасибо актеру за такие эмоции❤️

A

Aghahuseyn

1 ay əvvəl

Çox qorxulu və çox maraglı oyundur herkese tovsiyye edirem

M

Mehin

1 ay əvvəl

Biz hard rejim seçmişdik çox qorxulu idi. Oyun çox maraqlı idi.

A

Asiya

2 ay əvvəl

Məzarlıq oyunu möhtəşəm idiii. Aktyor tam əla. Demək olar bir çox oyunda olduç ən gözəli bu oldu🌷

A

alikamal

2 ay əvvəl

актер легенда

Escape Room Game

Taleh

2 ay əvvəl

Oyun qəşəy idi, çox oyuna gedmişiy adətən aktyor olan oyunlar sarmır ama bu qaqaşa respect həqiqətən əlaydı Resepşndakı xanım da gülərüz və mehriban idi, hamıya uğurlar🫵👍

Escape Room Game

Emin

2 ay əvvəl

oyun və işçilər çox mükəməlldii. aktyora söz ola bilməz, çox üorxulu və sürətli idi. resepşen çox gülərüz qarşıladı. bir daha gələcəyik mütləqqqqq

S

Samed Adilov

2 ay əvvəl

Начало игры запоминающая и отличается от всех игр! Актер профессионально провёл нам игру и было очень атмосферно Мы придем еще, до конца доведём дело)

Ünvan

Daxil ol

Hesabın yoxdur?

Qeydiyyatdan keç

Zəhmət olmasa, yalnız rəqəmləri daxil edin. Məsələn: 558745696 — bu sadəcə nümunədir, öz nömrənizi yazın.

Artıq hesabınız var?