🎂
Portal Games
Artıq 11 yaşında!
Escape Room Game

Exorcist

Filial: Nəsimi Filialı

min 3 - max 10 60 dəqiqə 18.00 ₼ - 18.00 ₼ Çətin Qorxulu, Qaçış Otağı Escape Room Game 14+ Escape Room Game Az AZ, EN, RU

Oyunun məzmunu

Uzun illər əvvəl bu evə cavan bir ailə köçür, onların sevincinin həddi-hüdudu yox idi, çünki onlar axırki xəyalkarındaki evə sahib olmuşdular. Lakin evini cavan ailəyə satan adam bu evdə ekzorsistin yaşadığını və burada uzun illər əvvəl qara güvvələrin olduğunu gizlədirdi. Bir gün ekzorsistin bu evdə yoxa çıxdığını da onlara söyləməmişdir. Xoşbəxt ər işdən qayıdarkən həyat yoldaşının yaxşı olmadığını görür, həmin gündən yoldaşının vəziyyəti günü gündən pisləşir, həkimlər ona kömək edə bilmir, onun dəli olduğunu bədənində iblisin yaşadığını deyillər. Çarəsiz qalan həyat yoldaşı keşişə üz tutub ekzorsizim seansı keçırməsi üçün keşişə yalvarmağa başlayır, çünki o, ailəsini itirmək istəmir. Keşişin evə gəldiyi gün qonşular evdən vahiməli səslər, yalvarışlar və qışqırıqlar eşidir, yalnız qorxduqları üçün heçnə edə bilmirlər. Səhər saatlarında evə gələn polislər evin boş olduğunu görürlər və təəssuf ki axtarışlar heç bir nəticə vermir. İndi siz bu evin sülhünü pozmağa cəsarət etdiniz. Qara güvvələr sizin arxanızca gəlir!

Xüsusiyyətlər və Qaydalar

  • Rezerv edilmiş vaxtdan ən azı 15 dəqiqə öncə filiala yaxınlaşın.
  • İştirakçılar oyundan öncə “məsuliyyətdən azad etmə” sənədini imzalamalıdır.
  • Rezervi təxirə salmaq və ya vaxtını dəyişmək istəyirsinizsə, bunu ən qısa zamanda 070 888 02 22 nömrəsinə zəng edərək bildirin.
  • Oyun tam olaraq rezerv etdiyiniz vaxtda başlayır. Gecikdiyiniz halda, təəssüf ki, oyun müddətiniz azalır.
  • Oyunda daha rahat olmaq üçün yüngül köynək və daban­sız ayaqqabı geyinməyiniz tövsiyə olunur.
  • Oyunda iştirakına icazə verilməyən şəxslər: ürək problemi olanlar, panik atak və ciddi klaustrofobiyadan əziyyət çəkənlər, epilepsiyası olanlar və hamilə qadınlardır.

Oyunda seçə biləcəyiniz rejimlər

Light

Escape Room Game Hər kəs

Light rejimdə aktyor olmur. Hər kəs iştirak edə bilər, 14 yaşdan kiçik uşaqlar mütləq valideyn müşayiəti ilə girməlidir.

Standart

Escape Room Game 14+

Standart rejimdə aktyor olur, sizi qorxudur, lakin sizə toxunmur. Hər kəs iştirak edə bilər.
Qeyd: 14 yaşdan kiçik uşaqlar standart oyunda iştirak üçün valideyn müşayəti ilə olmalıdır.

Hard

Escape Room Game 18+

Hard rejimdə həm aktyor olur, həm də yüngül toxunuşlar olur.

Ultra Hard

Escape Room Game 18+

Ultra Hard rejimdə aktyor və toxunuş olur, toxunuşlar sərt olur.

Yaş məhdudiyyətləri:

  • Kiçik uşaqlar (6-14 yaş) üçün nəzərdə tutulan uşaq oyunlarına valideynsiz qatıla bilərlər. 14 yaşdan balaca uşaqlar qorxulu oyunlara qatılmaq istəsə, mütləq şəkildə böyüklər tərəfindən müşayiət olunmalıdır.
  • Komandada böyüklərdən oyunçu yoxdur? Bizim əməkdaş uşaqlarla birlikdə kvesti keçəcək və hər şeyin qaydasında olmasına nəzarət edəcək.
  • Xidmət 8-14 yaş arası oyunçuları olan bütün komandalar üçün mövcuddur. Seansın müşayiət olunma qiyməti - 10 AZN. Xidməti öncədən bildirin.

İlkin ödəniş:

Saat 22:00 və ondan sonrakı saatlarda oyuna gəlmək istəsəniz, komandanızda minimum 3 nəfər olmalıdır. Əgər sayınız 3 nəfərdən azdırsa, 3 nəfərin ödənişini edib gələ bilərsiniz. Həmçinin 20 AZN depozit ödəniş etməyiniz tələb olunur.

Online rezervasiya

10 aprel cümə
11 aprel şənbə
12 aprel bazar
13 aprel bazar ertəsi
14 aprel çərşənbə axşamı
15 aprel çərşənbə
16 aprel cümə axşamı

İstifadəçi rəyləri

9 Rəy

S

Saleh

3 həftə əvvəl

Cox ideal kecdi beyendik

S

Sabina

1 ay əvvəl

Oyun və aktrisa əla idi ❤️👏🏻

S

Said Ibrahimov

1 ay əvvəl

Очень классный квест мы были на экзорцисте очень страшно но до безумия весело актеры бомба прям очень классно админша тоже очень классная 🩷🩷

S

Syama Alizada

1 ay əvvəl

Квест ОЧЕНЬ классный, адреналин очень люто получили было весело и стремно капец, локации качественно сделали и игра актрисы просто шикарная, обязательно придем ещё. Советую вообще на во, не пожалеете ни капли

Escape Room Game

Taleh

2 ay əvvəl

Oyun çox marağlıdı, aktrisa mükəmməl idi. Sadəcə çarpayıdakl qurbanın qolunu bağladığları zəncir biraz boş olsa və ya yumşağ birşeynən örtülü olsa əla olar. Çünki, biləyi incidir biraz, qalan hərşey zordu uşağlar möhtəşəmsiz💫

A

Alpay

2 ay əvvəl

Əla oyun idi aktrisa rolu super oynadı!

E

Emin

2 ay əvvəl

Escape Room Game

Oyun başladığı andan sonuna qədər çox həyəcanlı, gərgin, maraqlı keçdi.Aktrisanın gözlənilməz momentlərdə çıxışları həqiqətən super idi.Yenidən gəlib dostlarla oynayacağımız oyunlar listinə əlavə edildi✅👍🏻

R

Röya

2 ay əvvəl

Çox maraqlı oyun idi .Aktrisanın çıxışları möhtəşəm idi Məntiqlər olduqca maraqlı idi

A

Aslan

2 ay əvvəl

Самая большая и лучшая игра которая есть в portal games 🖤🖤

Ünvan

Daxil ol

Hesabın yoxdur?

Qeydiyyatdan keç

Zəhmət olmasa, yalnız rəqəmləri daxil edin. Məsələn: 558745696 — bu sadəcə nümunədir, öz nömrənizi yazın.

Artıq hesabınız var?